Azərbaycan nefti bahalaşıb.
Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,88 dollar və ya 2,2% çoxalaraq 37,6 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar artaraq 34,71 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,02 dollar azalaraq 36,91 dollar olub.
Qaynar.info