Xəbər lenti

Neftin qiymətində gözlənilməz dəyişiklik
Ekonomiks15:00 25.08.2015

Neftin qiymətində gözlənilməz dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün dünya bazarlarında neftin qiyməti ucuzlaşmasını dayandırıb və əksinə bahalaşmağa başlayıb. Anspress-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 15 radələrində London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 44,35 dollara qədər qalxıb. Sutka ərzində bahalaşma 3,79% olub. 
Bakı vaxtı ilə saat 14.55-ə London birjasında Brent neftinin qiyməti
Texas markalı neftin barrelinin qiyməti də bahalaşaraq 40 dollara yaxınlaşıb. Texas nefti sutka ərzində 3,74% bahalaşaraq barrel üzrə qiyməti 39,67 dollara çatıb. 
Bakı vaxtı ilə saat 16.20-yə Nyu-York birjasında Texas neftinin qiyməti
Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb son aylarda İranla qərb ölkələri arasında razılığın əldə edilməsidir. Çində iqtisadi böhran da neftə tələbatı azaldıb. Amma buna baxmayaraq bu gün neftin qiymətində bahalaşma müşahidə edilib. 
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 2,24 dollar ucuzlaşaraq 43,99 dollar təşkil edib. 
Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.
Qaynar.info