Xəbər lenti

Dollar ucuzlaşdı
Ekonomiks05:44 16.06.2015

Dollar ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb. Belə ki, ötən gün 1,0479 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında 1.0477-ə düşüb. 
Avronun məzənnəsi isə manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1801- manatdan 1.1818 AZN-ə qədər artıb. 
Rusiya rublunun kursunda isə bahalaşma qeydə alınıb. Rubl 0.0191 AZN-dən 0.0192 manata kimi bahalaşıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info