Xəbər lenti

Dollar bahalaşdı, avro ucuzlaşdı
Ekonomiks05:50 01.07.2015

Dollar bahalaşdı, avro ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1733 AZN-dən 1,1679-a qədər azalıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0483 AZN-dən 1.0485-ə qədər yüksəlib. 
Rus rublunun məzənnəsində də bahalaşma qeydə alınıb. Rubl 0,0188 AZN-dən 0.0190-a qədər artıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info