Xəbər lenti

Dollar ucuzlaşdı
Ekonomiks05:10 03.07.2015

Dollar ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1612 AZN-dən 1, 1635-ə qədər yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə avrodan fəqli olaraq ucuzlaşıb. Belə ki, 1 dollar 1,0489 AZN-dən 1,0488-ə qədər azalıb. 
Rus rublunun məzənnəsində isə cuzi bahalaşma qeydə alınıb. Rubl 0,0188 AZN-dən 0,0189-a qədər artıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info