Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Belə ki, ötən gün 1.0482 AZN-ə bərabər olan ABŞ dolları manat qarşısında möhkəmlənərək 1,0487-yə yüksəlib.
Avronun məzənnəsi isə manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1.1751-dən 1,1645 manata kimi azalıb.
Rusiya rublunun kursunda isə dəyişiklik müşahidə edilməyib. 1 rublun hazırda 0.0186 AZN təşkil edir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info