Xəbər lenti

Bakıda polisi döydülər
Ölkə07:38 27.07.2014

Bakıda polisi döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin mərkəzi hissələrindən olan Xəqani küçəsində polislə vətəndaş arasında insident olub.

Lent.az-ın məlumatına görə, Xəqani küçəsi 14/16 ünvanının qarşısında uca səslə danışan 1989-cu il təvəllüdlü Xəqani Dəmirova yaxınlaşan polis serjantı, 35 yaşlı Faiq İbrahimov onu intizama dəvət edib.

Lakin X.Dəmirov polisin tələbinə məhəl qoymayıb və üstündəki bıçağı çıxararaq onu hədələyib. Bu zaman tərəflər əlbəyaxa olublar və 25 yaşlı oğlan polis əməkdaşına yumruqla zərbələr endirib. Zərbə nəticəsində F.İbrahimovun burnu qırılıb.
 
Faktla bağlı araşdırmalar aparılır.

Qaynar.info