Bakı - Şamaxı - Yevlax avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq.
Qaynar.info Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Bakı - Şamaxı - Yevlax (M4) avtomobil yolunun "Muğanlı - Yevlax hissəsinin bərpası" layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobil hərəkəti üçün tam olaraq 16.07.2014 tarixindən 20 gün müddətində məhdudulaşdırılacaq.
Minik avtomoblillərinin Göyçay şəhəri küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur.
Yol tikinti işlərini həyata keçirən "Azərinşaatservis" MMC şirkətinin rəhbərliyi sürücü və sərnişinlərdən əlavə narahatçılığa görə əvvəlcədən üzr istəyir.