Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən Səadət Qəndilova ali təhsil ocağının tələbələrlə iş üzrə prorektoru təyin edilib.
Bu barədə Trend-ə institutun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Səadət Qəndilova 1988-ci ildən ADİU-da fəaliyyət göstərir, 1994-cü ildən "Menecment" kafedrasının dosentidir.