
Bakıda daha bir yol təmirə bağlanıb. Bu barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Məlumata görə, Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən ""Azad Azərbaycan" Müstəqil Teleradio Kampaniyası"nın (ATV) binasına qədər olan hissəsində (hər iki istiqamət) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılııb. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
Qaynar.info

