Xəbər lenti

Zakir Həsənov əmr imzaladı
Ölkə18:22 17.03.2014

Zakir Həsənov əmr imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. 

Əmr Novruz bayramı ilə bağlı imzalanıb. Əmrə və təsdiq edilmiş plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə bayram tədbirlərinin keçirilməsi planlaşdırılır. 

AzNews.az-un məlumatına görə, məlumatda o da bildirilib ki, hər il olduğu kimi bu il də ziyalılar, ictimaiyyət nümayəndələri, icra hakimiyyətləri, ayrı-ayrı kollektivlər, o cümlədən ölkədə fəaliyyət göstərən televiziya kanallarının çəkiliş qrupları müxtəlif hərbi hissələrdə şəxsi heyətlə bir yerdə Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müracətlər ediblər: “Onların hamısına müsbət cavab verilib. 

Hətta bəzi yerli strukturlar və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış əsgərlərlə ictimaiyyətin nümayəndələri və incəsənət xadimləri bir sıra görüşlər keçiriblər və yaxın günlərdə də bu kimi tədbirlərin keçirilməsi planlaşdırılır”. 

Qaynar.info