Bakı şəhəri 3-cü mikrorayon ərazisindəki iri ticarət mərkəzlərindən birində yanğın başlayıb.
ANS PRESS-in xəbərinə görə, hadisə “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı “Moskva Univermağı” adlanan ticarət mərkəzində baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın əsasən gəlin paltarları və ümumilikdə trikotaj məhsullarının olduğu mərtəbədə baş verib.
Hadisə yerinə FHN dövlət yanğından mühafizə briqadalarının yanğınsöndürənləri cəlb olunub.
FHN-nin Yanğından Mühafizə idarəsindən ANS PRESS-ə verilənməlumata görə, yanğın artıq söndürülüb və hazırda yanğın ocaqlarınınsöndürülməsi istiqamətində iş aparılır. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb.
Xatırladaq ki, 2 gün əvvəl "Sahil" metrostansiyasının üstündə olan ticarət mərkəzində də yanğın baş vermişdi.
Qaynar.info




