Xəbər lenti

Ramil Usubovdan yeni rəis təyinatı
Ölkə11:17 06.02.2014

Ramil Usubovdan yeni rəis təyinatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib.

Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə isə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib. Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi.

Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abasın oğlu Tuncay Abbasov əvəz etmişdi. 

Qaynar.info