
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib.
Nazirlikdən Qaynar.info-ya verilən məlumata görə, monitorinqlər zamanı bir sıra mağazalarda nöqsanlar aşkarlanıb:
Abşeron rayonunda: Mehdiabad qəsəbəsi, Fatmayı şosesində Təranə Məsimovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nərimanov rayonunda: A.Məmmədov küçəsi, 30 ünvanında Əlyar Şərifova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nəsimi rayonunda: H.Seyidzadə küçəsi, 16A ünvanında Sərvan Səfərova məxsus mağazada;
Nərimanov rayonunda: Ə.Əlizadə küçəsində Nərminə Əliyevaya və Fəxrəddin Səmədova məxsus mağazalarda;
İmişli şəhərində: Q.İsmayılzadə küçəsində Elman Haqverdiyevə məxsus mağazada; M.Əzizbəyov küçəsində Bəxtiyar Əmirova məxsus mağazada;
Biləsuvar şəhərində: Nizami küçəsi, 57 ünvanında İlyas Mirişova məxsus mağazada; H.Əliyev prospektində Cavid Əliyevə məxsus mağazada;
Şəki şəhərində: M.F.Axundov prospektində Tahir Nəsirova məxsus mağazada
saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.
Qaynar.info