Xəbər lenti

Bakıda daha bir yol bağlandı
Ekonomiks06:22 05.04.2014

Bakıda daha bir yol bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər olan 3,4 kilometrlik yol hissə-hissə bağlanacaq.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 Onun sözlərinə görə, bu, adı çəkilən yerlərdə yolun asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar həyata keçiriləcək: “Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı olaraq aprelin 6-dan 7-nə keçən gecə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək yerdə tunelin çıxışına qədər olan hissə mərhələli şəkildə məhdudlaşdırılacaq”.

P.Mürsəliyev qeyd edib ki, təmir işləri təxminən 5-6 gün çəkəcək. Yolun bu hissəsi hazır olduqdan sonra açılaraq istifadəyə veriləcək və yolun növbəti hissəsinin yenilənməsinə başlanılacaq.

Qaynar.info