
Aİ-95 markalı benzin 93 qəpiyə satılacaq
Aprel ayının 2-dən ölkədə benzinin qiymətində dəyişiklik olacaq.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı "Deyerler.org" yayıb.
Həmin məlumata görə, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.80 manatdan 0.93 manata qalxacaq, Aİ-98 benzinin pərakəndə satış qiyməti isə 1.50 manatdan 1.03 manata düşəcək.
Aİ-92-nin və dizel yanacağının qiymətlərində isə dəyişikliyin olmayacağı bildirilir. Aİ-92 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0.70 manat, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində saxlanılacaq.
Artıq qiymət dəyişikliyikləri ilə bağlı bütün benzindoldurma məntəqələrinə məlumat verilib. Aİ-98 benzinin satıldığı satış məntəqələrində qiymət dəyişikliyi bu gündən qüvvəyə minib.
***
Ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən Trendə verilən məlumata görə isə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb.
Digər benzin markalarının qiymətləri dəyişməz qalır.
Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.
Qaynar.info