Xəbər lenti

Bakıda məşhur klinika bağlandı
Ölkə06:48 20.11.2013

Bakıda məşhur klinika bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının ən məşhur özəl klinikalarından olan Nərgiz Tibb Mərkəzinin fəaliyyəti dayandırılıb.

AzVision.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, klinika artıq bir neçə gündür ki, işləmir. 

Buna səbəb kimi klinikanın vergi borclarının olması göstərilir. 

Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən tibb mərkəzi ilə əlaqə saxladıq. Klinikadan faktı təsdiqləyərək bildirdilər ki, tibb müəssisəsinin fəaliyyətinin dayandırılması lisenziya müddətinin başa çatması ilə bağlıdır. 

“Klinika minimum bir həftədən sonra fəaliyyətini bərpa edə bilər. Bu da sənədləşmə düzəldiləndən sonra mümkün olacaq. Hazırda xəstə qəbulu tam dayandırılıb. Müəssisədə çalışan həkim heyəti isə işə çıxmır”.

Qaynar.info