Xəbər lenti

Bakıda ağır yol qəzası - ÖLƏN VAR
Ölkə08:17 14.11.2013

Bakıda ağır yol qəzası - ÖLƏN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həkimlərin səyinə baxmayaraq onun həyatını qurtarmaq mümkün olmayıb

Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 08:30 radələrində Suraxanı rayonu Bül-bülə qəsəbəsində baş verib.

Bakı şəhər sakinii Ağabala Babayev idarə etdiyi «Daewoo» markalı avtobus ilə piyada Nailə Abbasovanı vurub. Ağır xəsarətlərlə daxil olduğu xəstəxanada həkimlərin səyinə baxmayaraq N. Abbasovanın həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Qaynar.info