
“Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına əsasən ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur.
Qaynar.info saytı Təhsil Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, qeyd olunan proqramın hazırlanmasında əsas məqsəd mövcud məktəb şəbəkələrinin səmərəliliyinin və son nəticədə tədrisin keyfiyyətinin yüksəldilməsidir.