Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki uçan körpünün sol tərəfindən avtomobillərin hərəkəti üçün alternativ yol salınır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyev bildirib ki, bu gün günorta saatlarından sonra sürücülər alternativ yoldan istifadə edə biləcəklər.
Qeyd edək ki, sentyabrın 11-də gecə saat 23:00 radələrində Qaraməryəm-Şəki-İsmayıllı avtomobil yolunun 3-cü kilometrliyində Mehmanxanlı çayı üzərindəki körpüdə həddindən artıq yüklənmiş "Shacman" markalı yük avtomobilinin keçməsi nəticəsində birinci aşırımın tirləri sınıb, körpü uçub. Nəqliyyat vasitəsi ikinci aşırıma keçərək oradan asılı vəziyyətdə qalıb. Qaynar.info