Xəbər lenti

TQDK vaxtı uzatdı
Ölkə12:59 12.09.2013

TQDK vaxtı uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtını uzadıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçimi sentyabrın 12-də saat 00.00-da bitməli idi, lakin ixtisas seçimi 13 sentyabr saat 11:00-dək uzadılıb.

İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.

Qaynar.info