
Azərbaycan əsgəri dünyasını dəyişib.
APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri, 25 yaşlı Savəddinov İmran Şöhrət oğlunun meyiti yük maşınında tapılıb. Ölümün səbəbləri hələlik məlum deyil.