Xəbər lenti

Dövlət Qulluğunda işləmək istəyənlərə ŞAD XƏBƏR
Ölkə12:44 23.08.2013

Dövlət Qulluğunda işləmək istəyənlərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə və müsahibə elan edilib.
Anspress-in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi saytında məlumat verilib. 
Məlumatda bildirilir ki, Komissiya tərəfindən 2013-cü il 23 avqust tarixdən 11 sentyabr 2013-cü il tarixdə saat 18:00-dək dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı ümumi müsahibə və müsahibə elan edilir.
Ümumi müsahibə və ya müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə komissiyaya müraciət etməlidirlər.
Əlavə məlumat almaq istəyənlər komissiyanın www.csc.gov.az rəsmi saytına müraciət edə bilərlər.
Qaynar.info