Xəbər lenti

Müdafiə Nazirliyində kadr dəyişikliyi
Ölkə12:30 06.08.2013

Müdafiə Nazirliyində kadr dəyişikliyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin mətbuat orqanlarında kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, nazirliyin orqanı olan “Azərbaycan Ordusu” qəzetinin baş redaktoru İsa İsmayılov tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı təyin edilib.

“Azərbaycan Ordusu” qəzetinin əməkdaşı İbrahim Rüstəmov isə qəzetə baş redaktor təyin olunub.
Bundan başqa, Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının baş redaktoru İbrahim İsgəndərov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Qaynar.info