Xəbər lenti

Daha bir avtobus qəzası: ölən var
Ölkə05:59 19.07.2013

Daha bir avtobus qəzası: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda daha bir avtobus qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın İ.İsmayılov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Səbuhi Əlixanovun idarə etdiyi «LADA» markalı avtomaşınla Qazax rayon sakini Elçin Mərdanovun idarə etdiyi «Daewoo» markalı avtobus toqquşub. Nəticədə S.Əlixanov hadisə yerində ölüb, sərnişini Pərvanə Zöhrabova isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info