Xəbər lenti

Ali məktəblərə kimlər imtahansız qəbul olunacaq?
Ölkə 16:22 02.07.2013

Ali məktəblərə kimlər imtahansız qəbul olunacaq?

Bu il Azərbaycanda 49 abituriyent ali və orta ixtisas təhsili müəssisələrinə imtahansız qəbul olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd edilir ki, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Onun sözlərinə görə, bu il də dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan abituriyentlər təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) müraciət edib. Bu kateqoriyadan olan abituriyentlərin sənədlərinin qəbulu 1-21 may tarixlərində aparılıb.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün müvafiq ixtisaslar üzrə TQDK-ya 65 abituriyent müraciət edib. Müəyyən müddət ərzində onların sənədləri araşdırılıb və yekun nəticədə 49 abituriyentin ali məktəblərə müsabiqədənkənar qəbul olması qərara alınıb. Onlardan 45-i idman müsabiqəsinin qalibləri, 2 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (1-i riyaziyyat, 1-i isə kimya fənni üzrə), 2 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir.


Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->