
Gəncə şəhərində yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sədaqət Məmmədyarova həyətində məişət tullantılarını yandırmaq istəyərkən, ehtiyatsızlıqdan üstünə tökülən neft alışıb.
Qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Qaynar.info