Xəbər lenti

Sabah 39 dərəcə isti olacaq
Ölkə07:53 29.06.2013

Sabah 39 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstirahət günü Azərbaycanda əsl çimərlik havası olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, iyunun 30-da Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti hökm sürəcək, şimal-qərb küləyi, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 30-da hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.

Qaynar.info