
Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutublar
Qaynar.info-nun Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.