Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisində yetmiş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 35,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyətinə ayrılıb.