Xəbər lenti

Bakıda avtobusda DAVA
Ölkə07:44 07.05.2013

Bakıda avtobusda DAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Bakıda 83 nömrəli sərnişin avtobusunda dava düşüb

Hadisə şahidlərindən verilən məlumata görə, hadisəyə səbəb sürücünün avtobusu dayanacaqda saxlaması olub.

Belə ki, qadın sərnişinlərdən biri, avtobusu sürücüdən dayanacaqdan kənar saxlamağa məcbur edib. Buna məhəl qoymayan sürücü, avtobusu dayanacaqda saxlayarkən, özünü həmin qadının sevgilisi kimi təqdim edən gənc oğlan tərəfindən hücuma məruz qalıb.

Sürücünü avtobusu qızın istədiyi yerdə saxlamadığı üçün döyməyə başlayan gənc oğlan, hadisəyə müdaxilə edən qadın sərnişinlərdən birini də sillə ilə vurub.

Hadisə şahidlərinin müdaxiləsi ilə mübahisənin qarşısı alınıb. /xezerxeber.com/