Xəbər lenti

İstirahət günü hava necə olacaq?
Ölkə08:11 26.04.2013

İstirahət günü hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstirahət günü Azərbaycan ərazisində hava mülayim olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.

Qaynar.info