Xəbər lenti

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
İdman14:08 15.08.2017

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2016/2017 mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Qaynarinfo" UEFA-ya istinadən xəbər verir ki, qalib olmaq uğrunda 3 futbolçu mübarizə aparacaq.

Bunlar “Yuventus”un italiyalı qapıçısı Canluici Buffon, “Barselona”nın argentinalı kapitanı Lionel Messi və “Real Madrid”in portuqaliyalı hücumçu Kriştiano Ronaldodur.

Qalibin adı avqustun 24-də Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı açıqlanacaq.

Qeyd edək ki, 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu Kriştianu Ronaldo seçilib. 

Qaynarinfo.Az