Azərbaycan Premyer Liqasının 24-cü turunda "Neftçi" doğma azarkeşləri önündə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.
Qaynar.info xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Əsgər Abdullayev istefa verib.
Bunu təcrübəli çalışdırıcının özü oyundan sonra keçirilən mətbuat konfransından sonra deyib. O, istefa ilə bağlı rəhbərliyə müraciət edəcəyini qeyd edib. Qaynar.info