Xəbər lenti

Ermənilər Bakıya gəlir
İdman14:20 10.03.2015

Ermənilər Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənilər Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcəklər. 

Anspress-in məlumatına görə, bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin toplantısında qəbul edilib. 

Ancaq Komitə idmançılara təzyiq göstərməyəcək. Bakıya getmək qərarını erməni idmançıları müstəqil şəkildə özləri verəcək. 

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi Levon Culfalakyan Bakıya getməyin əleyhinə olduğunu bildirmişdi. 

Ermənistanın idman naziri Qabriel Kazaryan isə erməni idmançılarının Avropa Oyunlarında iştirakının vacib olduğunu bildirmişdi. 

Qaynar.info