
İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.
Qaynar.info-nun məlumatına görə, Azərbaycan millisi bu gün üçüncü oyununu keçirib.
Bu dəfə rəqibimiz Belçika olub. İlk setə 21:25 hesabı ilə yenilən millimiz ikinci setdə rəqibinə 13 xallıq fərqlə boyun əyib - 12:25. Belçika üçüncü setdə də qələbə qazanaraq (25:21) 3:0 hesablı qələbəni təmin edib.
Azərbaycan - Belçika 0:3 (21:25, 12:25, 21:25)
Qaynar.info