Xəbər lenti

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikir
İdman07:26 15.01.2014

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək.

"Azərbaycan tərəfi Dağıstana sərmayə yatırmağa hazırdır. Artıq indi Azərbaycan hökumətində Dərbənddə Olimpiya Kompleksinin inşa edilməsinə, Cümə məscidinin yenidən qurulmasına hazırlıq getdiyi bildirilir". Bunu Dağıstan Respublikasının Xalq Məclisinin sədri Xizri Şıxsaidov iqtisadi və humanitar sahələrdə Azərbaycan-Dağıstan hökumətlərarası komissiyasının Dağıstan tərəfinin iclasında bildirib.

Trend-in məlumatına görə, xəbəri "RİA Dağıstan" yayıb.

Bu komissiya Dağıstan rəhbəri Ramazan Abdulatipovun Azərbaycana rəsmi səfərinin yekunları üzrə yaradılıb.
Şıxsaidov onu da bildirib ki, yaxın günlərdə hökumətlərarası komissiyanın üzvlərinin Azərbaycana işçi səfəri planlaşdırılıb.
İclasda Dağıstanın Azərbaycan tərəfinə sərmayə qoyulması üçün təqdim edə biləcəyi təkliflər paketi müzakirə olunub. Həmçinin söhbət Dağıstanda konserv zavodunun, logistika mərkəzinin, kaşı plitələrin və sanitar texniki ləvazimatların istehsalı zavodunun, sement zavodunun və digərlərinin inşasından gedir.

Qaynar.info