Xəbər lenti

Məşhur futbolçu karyerasını bitirdi
İdman09:42 27.08.2013

Məşhur futbolçu karyerasını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" və "Çelsi"nin sabiq oyunçusu Deku futbolçu karyerasını başa vurub.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, bu barədə portuqaliyalı yarımmüdafiəçi özü jurnalistlərə açıqlamasında deyib. O, bu qərar verməsinə səbəb olaraq  zədələrinin olmasını göstərib: "Böyük bir təəssüf və peşmanlıqla peşəkar futbolçu həyatımı başa vururam. Davam etmək və komandama kömək etmək  istərdim. Ancaq zədələrim buna imkan vermir".

Qeyd edək ki, Deku futbolçu karyerası ərzində "Barselona", "Çelsi", "Porto" kimi klublarda forma geyib. 36 yaşlı oyunçi 2010-ci ildə "Flumenense"yə transfer olunmuşdu.

Qaynar.info