
Futbolçu "Barselona" ilə "Real" arasında seçim etməlidir.
Madridin “Real” klubu “Santos”un 21 yaşlı hücumçusu Neymara fantastik məbləğ təklif edir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, “Kral klubu”nun prezidenti Florentino Peres futbolçuya “Barselona”dan daha artıq məbləğ təklif edib.
“Barselona”nın braziliyalı futbolçusuna görə, 45 mln avro təklif edirdisə, “Real” bu məbləği iki dəfə artıraraq 100 mln avroya çatdırıb.
Xatırladaq ki, futbol mütəxəssisləri “Neymar”ın öz oyununa görə daha çox kataloniyalılara uyğun gəldiyi bildirilir.
Qaynar.info