Xəbər lenti

TQDK-dan abituriyentlərə xəbərdarlıq
Ölkə14:44 25.06.2015

TQDK-dan abituriyentlərə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə xəbərdarlıq edib. TQDK-dan Qaynar.info-ya verilən məlumata görə abituriyentlər bu gündən etibarən imtahana buraxılış vərəqələrini çap edə bilərlər. 
Komissiyadan onu da bildiriblər ki, 2 iyul tarixində keçiriləcək imtahanlarda iştirak edəcək şəxslər "İmtahana buraxılış vərəqəsi" ni çap edə bilərlər.
Buraxılış imtahanı üçün "İmtahana buraxılış vərəqəsi"ni çap etmək üçün 
https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkinə daxil olmaq lazımdır.
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta (9-illik) və tam orta (11-illik) təhsil bazasından və ali təhsil müəssisələrinin 5-ci qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər isə "İmtahana buraxılış vərəqəsi"ni https://eservices.tqdk.gov.az/brxvtex/?frm=egov linkinə daxil olmaqla çap etməlidirlər.
Nəzərinizə çatdıraq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini və "İmtahana buraxılış vərəqəsi" ni mütləq özünüzlə gətirməlisiniz.
Qaynar.info