Xəbər lenti

"Whatsapp"dan daha bir yenilik
Ekonomiks09:00 09.02.2015

"Whatsapp"dan daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son zamanlar dünyanın ən məşhur mesajlaşma proqraamlarından olan "Whatsapp"dan daha bir yenilik. 

ansprees-in məlumatına görə, artıq milyonlarla istifadəçisi olan "WhatsApp" və "Facebook"dan birlikdə istifadə etmək olacaq. Necə?

Yeni xidmət "WhatsApp"a "Facebook" vasitəsilə giriş imkanı yaradacaq. İstifadəçilər alpha.whatsapp.com saytında qeydiyyatdan keçməklə "Facebook" profilinə girərək avtomatik "WhatsApp"a bağlanacaqlar. 

Bu sayədə onlar eyni anda həm "Facebook"a gələn xəbərləri, qeydləri, mesajları görə, həm də "WhatsApp" yazışmalarını izləyə biləcəklər. 

Bu, "Facebook"un "WhatsApp"ı satın aldıqdan sonra iki tədbiqi bir-birinə bağlayan ən böyük yeniliklərindən olacaq. 

Qaynar.info