Xəbər lenti

Azərbaycan neftinin son qiyməti
Ekonomiks19:53 25.12.2017

Azərbaycan neftinin son qiyməti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 66,37 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 0,14 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,77 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,29 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,26 dollar/barel azdır.