Xəbər lenti

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Ekonomiks19:33 10.04.2018

Azərbaycan neftinin qiyməti 70 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 70,34 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 9-da 69,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,22 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 9-da 65,65 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 9-da 67,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,38 dollar/barel çoxdur.