Xəbər lenti

Azərbaycan nefti neçəyə satılır?
Ekonomiks19:59 21.05.2018

Azərbaycan nefti neçəyə satılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,66 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 1,37 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti isə 78,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiymətinə gəlinvə, 76,17 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 78,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,86 dollar/barel çoxdur.