Xəbər lenti

Azərbaycan nefti bir qədər də bahalaşdı
Ekonomiks19:46 27.07.2018

Azərbaycan nefti bir qədər də bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 76,07 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 26-da 75,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 26-da 71,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 26-da 74,71 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel çoxdur.