Xəbər lenti

Çempionlar Liqasının püşkü atıldı
İdman17:21 30.08.2018

Çempionlar Liqasının püşkü atıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Monakoda atılan püşk nəticəsində 32 klub 8 qrupa bölünüb. Ötən mövsümlə müqayisədə, bu dəfə Azərbaycanı Avropanın ən nüfuzlu klub turnirinin qruplarında heç bir komanda təmsil etmir. 
Türkiyənin yeganə təmsilçisi isə "Qalatasaray"dı. "Sarı-qırmızılar" D qrupunda Moskva "Lokomotiv"i, "Portu" və "Şalke" ilə mübarizə aparacaq.
Qeyd edək ki, mərasim zamanı UEFA 2017/18 mövsümünün ən yaxşı kişi və qadın futbolçusunu, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunu da açıqlayacaq.
A qrupu
Atletiko (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Monako (Fransa)
Brügge (Belçika)
B qrupu
Barselona (İspaniya)
Tottenhem (İngiltərə)
PSV (Hollandiya)
İnter (İtaliya)
C qrupu
PSJ (Fransa)
Napoli (İtaliya)
Liverpul (İngiltərə)
Srvena Zvezda (Serbiya)
D qrupu
Lokomotiv (Rusiya)
Portu (Portuqaliya)
Şalke (Almaniya)
Qalatasaray (Türkiyə)
E qrupu
Bavariya (Almaniya)
Benfika (Portuqaliya)
Ayaks (Hollandiya)
AEK (Yunanıstan)
F qrupu
Mançester Siti (İngiltərə)
Şaxtyor (Ukrayna)
Lion (Fransa)
Hoffenhaym (Almaniya)
G qrupu
Real (İspaniya)
Roma (İtaliya)
ÇSKA (Rusiya)
Viktoriya (Çexiya)
H qrupu
Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə)
Valensiya (İspaniya)
Yanq Boyz (İsveçrə)