Xəbər lenti

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq
İdman06:35 28.09.2018

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.
Qaynarinfo xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib.
Kişi şahmatçılarımız V turda Ermənistan şahmatçıları ilə qarşılaşacaq. Hər iki komanda ilk 4 turda qələbə qazanıb və aktivində 8 xal var. Lakin əlavə göstəricilərə görə millimiz turnir cədvəlində 1-ci, Ermənistan isə 7-ci sırada qərarlaşıb.
Qadın şahmat millimiz isə növbəti turda Yunanıstanla qarşılaşacaq. Bu komandamız ilk 4 turdan sonra 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, kişilərdən ibarət millimiz dünya reytinqində 4-cü, qadınlar isə 11-cidi.