Xəbər lenti

Badamdar sürüşmə zonasında son vəziyyət
Ölkə05:57 30.10.2018

Badamdar sürüşmə zonasında son vəziyyət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
Bu barədə Qaynarinfo-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.
Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. 
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. 
Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.