Xəbər lenti

Azərbaycan nefti bahalaşır
Ekonomiks19:52 02.04.2019

Azərbaycan nefti bahalaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 1-də 70,82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,08 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 69,18 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur.