Xəbər lenti

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi
İdman15:19 04.04.2019

Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "ShamkirChess 2019" superturnirində növbəti görüşünü başa vurub.
Qaynarinfo xəbər verir ki, 34 yaşlı qrossmeyster V turda hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Dueldə qalib müəyyənləşməyib - 0,5:0,5.
Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) və Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) qarşılaşmaları davam edir. Teymur Rəcəbov isə Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edib.
Qeyd edək ki, 5 turdan sonra Şəhriyar Məmmədyarovun 2, Maqnus Karlsenin isə 3,5 xalı var. (report)